Türkiyədə jurnalist Timur Soykan saxlanılıb.

Jurnalist Şule Aydın İstanbulda saxlanılan Soykanın Vətən Polis İdarəsinə aparıldığını bildirib.

O, Timur Soykanın sosial şəbəkədəki paylaşımlarına görə saxlanıldığı deyib:

"Soykan bu gün sosial şəbəkələrdə CHP-yə qarşı əməliyyatı tənqid edən paylaşımlar etmişdi. Prokurorluq Soykanın "ictimaiyyəti çaşdıran məlumat yaydığı" üçün saxlandığını açıqlayıb", - deyə qeyd edib.
 

.