Türkiyədə illik inflyasiya yenidən azalıb.
Yenizaman Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin oktyabr ayında illik inflyasiya 48.58% təşkil edib. Sentyabr ayında bu rəqəm 49.38% təşkil etmişdi. Oktyabr ayında istehlak qiymətləri əvvəlki aya görə 2.88%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 39.77% artıb.
Qeyd edək ki, əvvəlki ilin oktyabr ayına nisbətən ən az artım göstərən əsas qrup 26.14%-lə nəqliyyat qiymətləri, ən çox artım qeydə alınan əsas qrup isə 93.66%-lə təhsil qiymətləri olub.
Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, cari ildə isə bu göstəricinin ən yüksək səviyyəsi - 75.45%-lə may ayında qeydə alınıb.
.