Türkiyənin Muğla şəhərində daha iki meşə yanğını ocağı yaranıb.

“TRT Haber” xəbər verir ki, yanğınların biri Milas, digəri Bodrum bölgəsində baş verib.

Əraziyə 1 təyyarə, 7 helikopter və yanğınsöndürən vasitələr cəlb edilib.

Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

.