ABŞ başqalarından tələb etmək əvəzinə, öz addımlarına görə cavabdehlik daşımalı, şəffaflığa və nüvə tərksilahına sadiq olmalıdır.

Bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkə hesabında yazıb.

"Amerikanın Marşal adalarında 67 nüvə sınağı həyata keçirməsi və ötən onilliklər ərzində bunun insani və ekoloji fəsadları nüvə güclərinin məsuliyyətinə dair inkarolunmaz bir sənəddir", - o bildirib.

Xatırladaq ki, ABŞ 1946-1958-ci illər ərzində Marşal adalarında 67 nüvə sınağı həyata keçirib. Bu sınaqlar əsasən Bikini və Enivetok atollarında (mərcan adalarında) baş tutub. Sınaqdan keçirilən silahların ümumi gücü təxminən 210 meqaton təşkil edib ki, bu da Xirosimaya atılan bombadan 7000 dəfədən çox güclüdür.

Bu faktlar ABŞ hökumətinin rəsmi arxivlərində, Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatlarında, həm də Britannika Ensiklopediyası kimi beynəlxalq mənbələrdə öz əksini tapıb.
 

.