Türkiyədə ağır yol qəzası baş verib.
“Haber Global”-ın məlumatına görə, hadisə Adananın Yüreğir rayonunda qeydə alınıb. Belə ki, təsərrüfatı işçilərini daşıyan avtobusun səkiyə çırpılaraq aşması nəticəsində 15 nəfər yaralanıb.
Hadisə yerinə polis, təcili yardım və xilasedicilər cəlb edilib.
Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara çatdırılıb. Onların həyati üçün təhlükənin olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
.