Türkiyənin Burdur şəhərinin Tefenni rayonunda avtomobillə furqonun toqquşması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Bu barədə məlumat DHA yayıb.
Bildirilib ki, olayda yaralanan 6 nəfərdən 3-nün durumu ağırdır.
Faktla bağlı araşdırma aparılır.
.
