Türkiyə Rusiya və Ukrayna arasında baş tuta biləcək görüşlərə ev sahibliyi etməyə yenə hazırdır.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, iki ölkə arasında müharibə danışıqlar masasında bitəcək və bunun üçün üçüncü ölkələrin də dəstəyinə ehtiyac var.

Çavuşoğlu İstanbulda işinə başlayan taxıl daşınması üzrə Birgə Koordinasiya Mərkəzinin də tərəflərin bir-birinə qarşı etimadının artmasına yardım edəcəyini vurğulayıb.

Türkiyəli nazir əlavə edib ki, bundan sonra səyləri atəşkəsə nail olmaq üçün yönləndirmək lazımdır.
 

.