Türkiyə Xarici İşlər Nazirliyi Krım Muxtar Respublikasının qanunsuz ilhaqını tanımadığını bir daha açıqlayıb.

Nazirlik bununla bağlı bəyanat yayıb.

"Rusiyanın Ukraynanın Krım Muxtar Respublikasını qeyri-qanuni referendum nəticəsində ilhaq etməsinin on ikinci ildönümündə beynəlxalq hüquqa zidd vəziyyəti de-fakto tanımadığımızı bir daha təsdiqləyirik. Türkiyə Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə güclü dəstəyini davam etdirməklə Krım türklərinin vəziyyəti başda olmaqla yarımadadakı inkişafı yaxından izləyərək məsələni gündəmdə saxlamayacaq", - bəyanatda qeyd olunub.

.