Hindistanın Pakistana hücumu hərtərəfli müharibə riski yaradıb.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumatda qeyd olunub.

Nazirliyin Pakistan və Hindistan arasında yaşanan son hadisələrlə bağlı yaydığı bəyanatda bildirilib ki, Türkiyə Pakistan və Hindistan arasında baş verən hadisələri narahatlıqla izləyir:

“Ötən gecə (6 may) Hindistanın hücumu hərtərəfli müharibə riski yaradıb. Biz mülki şəxsləri və mülki infrastrukturu hədəf alan bu cür təxribatçı addımları və hücumları pisləyirik”.

Tərəfləri sağlam düşüncəyə və birtərəfli hərəkətlərdən çəkinməyə çağıran bəyanatda vurğulanıb ki, Türkiyə ümid edir ki, bölgədəki gərginliyi azaltmaq üçün ən qısa zamanda lazımi tədbirlər görüləcək və oxşar hadisələrin təkrarlanmaması üçün terrorla mübarizə də daxil olmaqla, lazımi mexanizmlər yaradılacaq.

“Biz Pakistanın aprelin 22-də baş vermiş terror aktının araşdırılması çağırışını dəstəkləyirik”, - bəyanatda qeyd edilib.

.