“İsveçin NATO-ya üzvlüyü məsələsində Macarıstanla koordinasiyalı hərəkət edirik”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Finlandiyanın terrorla mübarizə sahəsindəki fəaliyyəti rəsmi Ankaranı qane edir: “Ona görə də bu dövlətin Alyansa üzvlüyünü təsdiqlədik”.
H.Fidan söyləyib ki, İsveç də öhdəliklərini yerinə yetirməlidir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi üçün Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi həllini tapmalıdır.
.
