“ABŞ-la Kipr Respublikası arasında imzalanmış memorandum Şərqi Aralıq dənizi bölgəsində sülhə və sabitliyə xidmət etməyəcək”.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoyun sözügedən sənədə münasibətində bildirilir.

H.Aksoyun sözlərinə görə, ABŞ-ın bölgədəki son qərarı burada gərginliyi artırır. Bundan başqa, razılaşma “Kipr məsələsi”nin həllini poza bilər.

Türkiyəli diplomat onu da əlavə edib ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo Kipr Respublikasına səfəri zamanı türk cəmiyyətinin nümayəndələri ilə görüşməyib.

.