Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Kipr Respublikasına silah embarqosunu ləğv etməsinə sərt mövqe bildirib.

Bu barədə Türkiyə XİN-dən yayılan açıqlamada qeyd edilib.

Bildirilib ki, ABŞ-ın 1 sentyabr 2020-ci ildə açıqladığı bu qərar adadakı iki xalq arasında bərabər hüququ və tarazlığı pozmaqla yanaşı, Kipr probleminin həllinə mənfi təsir göstərir.

Nazirlik Şərqi Aralıq dənizində yaranan gərginliyin səngiməsi üçün cəhdlər edilən bir məqamda ABŞ-ın bölgədəki sülh və sabitliyə zərbə vuran bir qərara imza atmasını qınayıb: “ABŞ-ın bu qərarını bir daha nəzərdən keçirməsini, regionda sülh və sabitlik üçün edilən cəhdlərə dəstək verməsini gözləyirik. Əks təqdirdə Türkiyə tarixi və hüquqi məsuliyyətinə uyğun olaraq Kipr türklərinin təhlükəsizliyini qorumaq üçün tədbirlər görməli olacaq”.

.