Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb.

Ukrayna XİN rəhbəri bu barədə “X” platformasında paylaşım edib.

Telefon danışığı zamanı ikitərəfli gündəlik, döyüş meydanındakı hazırkı durum, Qara dənizdə təhlükəsizlik, Suriya və Yaxın Şərqdəki vəziyyət müzakirə edilib.

“Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün əlaqələndirilmiş şəkildə çalışmaq barədə razılığa gəldik”, - o paylaşımında qeyd edib.

.