Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə Rusiya XİN-nin saytı xəbər verir.

Nazirlər Şərqi Qüdsdəki son vəziyyəti müzakirə ediblər.

Bundan əlavə, diplomatlar Qarabağ ətrafında vəziyyəti sabitləşdirmək üçün səylərin davam etdirilməsinin vacibliyi qeyd ediblər.

.