Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın humanitar atəşkəsə əməl etməməsi, mülki əhaliyə hücumlar, o cümlədən bu gün Ermənistan ordusu tərəfindən Tərtər rayonunun atəşə tutulması müzakirə olunub.

.