Rusiya və Türkiyə prezidentlərinin telefon danışığına hazırlıq gedir.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığının dekabrın 3-də baş tutacağını söyləyib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə dekabrın 3-də telefonla danışacaq.

RİA “Novosti” agentliyi xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin Latviyanın Riqa şəhərində keçirilən iclasından sonra açıqlama verib.

.