Türkiyə və Qətər Əfqanıstanın paytaxtı Kabilda yerləşən hava limanını birgə idarə edəcək.

Bu barədə rəsmi Ankara ilə Doha arasında razılıq əldə olunub.

Məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dekabrın 7-də Qətərə səfəri zamanı razılıq əldə olunub.

Türkiyə və Qətər nümayəndələri bu gün Kabilə səfər edəcək və sözügedən razılığı Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hökumətinə çatdıracaqlar.  

.