Türkiyə və İtaliya AVRO-2032-yə birgə ev sahibliyi etmək istəyirlər.

ANSA-ın məlumatına görə, iki ölkənin futbol federasiyası bununla bağlı UEFA-ya rəsmi müraciət edib.

Bir neçə gün əvvəl İtaliyada səfərdə olan Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi ilə italiyalı həmkarı Qabriele Qravina arasında keçirilən görüşdə birgə əməkdaşlıq qərarı qəbul olunub.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi AVRO-2032-yə ev sahibliyi edəcək ölkənin adını oktyabrın 10-da keçiriləcək iclasında müəyyənləşdirəcək.

.