Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Qeyd olunub ki, Makron həmkarını Ramazan bayramı münasibətilə təbrik edib.

O, Ramazan bayramının bütün İslam dünyası üçün uğurlu olmasını arzulayıb.

.