Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu britaniyalı həmkarı Dominik Raabla Qəzza ətrafındakı vəziyyəti müzakirə edib.

Bu barədə Britaniyanın xarici işlər naziri Dominik Raab "Twitter"də qeyd edib.

"İsrail və işğal olunmuş Fələstin ərazilərindəki vəziyyətlə bağlı ortaq narahatlığı müzakirə etmək üçün Türkiyə xarici işlər naziri ilə danışdım. Hər iki tərəfin sürətlə de-eskalasiyaya getməsi və şiddətə təcili son qoyulmasının vacibliyi barədə razılığa gəldik", deyə britaniyalı nazir bildirib.
 

.