Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Ankaranın Ukrayna limanlarını minalardan təmizləməyə kömək etməyə çalışacağı barədə razılığa gəliblər.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanına səfərindən sonra keçirilən mətbuat konfransında deyib.

"Putin və Ərdoğan arasındakı söhbətdən sonra razılıq əldə olunub ki, türkiyəli həmkarlarımız Ukrayna limanlarının minalardan təmizlənməsini təşkil etməyə kömək etməyə çalışacaq”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, mayın 30-da Putin və Ərdoğan arasında telefon danışığı olub.

.