“Şuşa bəyannaməsi vacib müttəfiqlik anlaşmasıdır. Bu sənədin imzalanmasında məqsəd Azərbaycanla Türkiyə arasındakı münasibətləri daha da gücləndirməkdir. Şuşa bəyannaməsinin tarixi əhəmiyyəti önümüzdəki illərdə daha da aydın olacaq”.

Bunu “Report”a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

O vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Şuşaya getməsi tarixi bir səfər idi: “Həm Qars sazişinin 100 illik yubileyi, həm də Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Şuşa bəyannaməsi imzalandı. Bu anlaşma ilə Azərbaycan regionda daha güclü ölkə olduğunu sübut etdi”.

Türkiyə səfiri: “Əgər “3+3” formatı qorunarsa, region sülh içərisində yaşayacaq”

“Türkiyə hər zaman normal münasibətlərin tərəfdarıdır”.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

O, Azərbaycanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb.

“Bu regionda birgə sülh və əməkdaşlıq şəraitində yaşamaq lazımdır. Türkiyənin irəli sürdüyü və Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və İranın iştirak edəcəyi “3+3” formatı var. Biz bunun reallaşmasını arzu edirik. Əgər bu format qorunarsa, region sülh içərisində yaşayacaq. Buna çalışmaq lazımdır”, - deyə səfir qeyd edib.

.