Türkiyənin Urla rayonunda, Sığacık körfəzi sahillərində, quruya yaxın ərazidə içərisində 26 miqrantın olduğu qayıq batıb.

Bu barədə Sahil Mühafizə Komandanlığının rəsmi saytı açıqlama yayıb.

Məlumata görə, üzərək sahilə çıxan 2 miqrant Sahil Mühafizə Komandanlığına məlumat verərək kömək istəyib. Bundan sonra ərziyə sahil mühafizə təyyarəsi, helikopter, 2 kater və dalğıc qrupu göndərilib. Sahil Mühafizəsi Xidməti əməkdaşlarının səyləri nəticəsində miqrantlar xilas ediliblər.

DHA-nın xəbərinə görə, ümumilikdə 24 miqrant salamat xilas edilib, 2 nəfərin meyiti tapılıb. Həyatını itirən miqrantın meyitləri Səfərihisar Dövlət Xəstəxanasına aparılıb.

Xilas edilən miqrantların sağlamlıqları müayinə edildikdən sonra onlar Miqrasiya İdarəsinə göndəriliblər.

.