Türkiyə əczaçılıq istehsalçıları Rusiyanın koronavirus əleyhinə “Sputnik V” peyvəndinin istehsalında maraqlıdırlar.

TASS agentliyi xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin başçısı Mixail Muraşko türkiyəli həmkarı Fəxrəddin Qoca ilə danışıqlarının yekunu barədə açıqlama verərkən deyib.  

“Türkiyə Səhiyyə Nazirliyinin başçısı, toksikoloji tədqiqatları apardıqdan sonra türk dərman istehsalçılarının müəssisələrində “Sputnik V” peyvəndinin istehsalının təşkilində maraqlı olduğunu bildirib”, - deyə M.Muraşko bildirib.

Tərəflər həmçinin, COVID-19-un yayılması ilə bağlı vəziyyəti qiymətləndirib.

.