G7 ölkələrinin, eləcə də Türkiyə və Qətərin nümayəndələri ABŞ ordusunun Əfqanıstandan çıxarılması prosesi başa çatdıqdan sonra Kabil hava limanının gələcəyini müzakirə etmək niyyətindədirlər.

Bu barədə "The New York Times" məlumat yayıb.

Məlumata görə, bazar ertəsi günü planlaşdırılan qarşıdakı görüşdə Əfqanıstanın gələcəyi ilə bağlı məsələ qaldırılacaq. Həmçinin ABŞ ordusu tərəfindən həyata keçirilən təxliyə başa çatdıqdan sonra Kabil hava limanının necə işləyəcəyi müzakirə ediləcək.

.