Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

Türkiyə Prezidentinin təyyarəsi Zəngilan Beynəlxalq Hava Limanına eniş edib.

Türkiyə Prezidentinin Zəngilan aeroportunda rəsmi qarşılanma mərasimi olub

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

.