“Taxıl dəhlizi ilə bağlı saziş müharibəyə son qoya biləcək addımdır”.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "CNN İnternational"a müsahibəsində deyib.

“Rusiya bir-biri ilə ziddiyət təşkil edən açıqlamalar verdi. Bu, düzdür. Odessaya hücum xəbərini eşidəndə dərhal əlaqə yaratdıq. Müdafiə nazirimiz rusiyalı həmkarı Sergey Şoyqu ilə danışdı. O, dəqiq açıqlama ala bilmədi. Onlar Odessada nə baş verdiyinə aydınlıq gətirməyə çalışdılar”, - Kalın bildirib.

.