Biz Türkiyə olaraq qardaş Qətərə və Fələstin xalqına güclü dəstəyimizi bildiririk.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

“İnanıram ki, Qərb dövlətləri tərəfindən Fələstinin dövlət kimi tanınması İsraili daha da küncə sıxışdıracaq”, - Türkiyə lideri vurğulayıb.

Ərdoğan qeyd edib ki, “Türkiyə istənilən şəraitdə Fələstin davasının bayraqdarı olmağa davam edəcək”.

.