İsveç və Finlandiya terrorçular məsələsində Türkiyədən güzəşt gözləməsin.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, NATO-nun Madrid zirvəsindən, tərəflər arasında razılaşma əldə olunduqdan dərhal sonra hər iki ölkənin küçələrində terrorçular yürüşlərini davam etdirib.

Ərdoğan Madriddəki anlaşmanın sadəcə dəvət prosesi olduğunu xatırladaraq, İsveç və Finlandiyanın Türkiyə ilə mövqelərini yaxınlaşdırmaq yerinə uzaqlaşdıqlarını bildirib.

Türkiyə lideri, belə davam edəcəyi təqdirdə, Türkiyə parlamentinin sözügedən ölkələrin NATO-ya üzvlüyünə müsbət cavab verməyəcəyini də vurğulayıb.

.