“Bütün dünya bilsin ki, Azərbaycanın yanındayıq, bundan sonra da yanında yer alacağıq”.

Bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, Əhməd Cavad azərbaycanlı gənclərlə Osmanlı ordusunda savaşıbsa, necə ki, Çanaqqalada azərbaycanlı qardaşlarımız da şəhadətə yüksəlibsə, Nuru Paşanın aslanları Azərbaycanın yardımına gəlibsə, biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq: “Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimizdir. Dəyərli qardaşlarımız Nuru Paşanın Qafqaza gəldiyi dönəmdə ermənilər 12 mindən çox türkü qətl ediblər. Qafqazda tarixin qara səhifələrinə yazılacaq qiyam baş verib. Türk millətinə dil uzadanlar öncə Azərbaycana baxmalıdır. Həm də 100 il əvvələ deyil, 30 il bundan əvvəl Xocalıda, Qarabağda baş verənlərə baxmalıdır. Amma bunların gözləri var, görməz, qulaqları var, eşitməz. Qəlbləri onsuz da pas tutub. İndi gəlsinlər, Füzulini görsünlər. Buraların sağı-solu necə yandırılıb, dağıdılıb, görsünlər. Dünən yol boyu buraların vəziyyətini gördük”.

Ərdoğan: “Qafqazda qanayan yara sağalıb. Bundan bütün bölgə ölkələri qazanclı çıxacaq”

“Bu gün bəxtiyaram. Çünki Qarabağı azad etmiş can Azərbaycanın Milli Məclisində sizlərlə bərabərəm”.

Bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, Qarabağın azad edilməsi Azərbaycanın 30 illik müstəqillik tarixinin ən önəmli hadisəsidir: “Qafqazda qanayan yara sağalıb. Bundan bütün bölgə ölkələri qazanclı çıxacaq”.

Ərdoğan: “Əhməd Ağaoğlu kimi təkcə Azərbaycanda deyil, Türkiyədə də məşhur olan dahilərin məkanı olan Şuşa ayağa qalxır”

“Dünən Şuşadaydıq. Şuşa ədəbiyyatın, sənətin, mədəniyyətin ən yüksək səviyyədə yaşadığı və yaşadıldığı şəhər olub”.

Bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, Şuşa Molla Pənah Vaqifdən başlayaraq ədəbiyyatın vəsfini qoruyub: “Şuşa dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın, rəşid Behbudovun və daha neçə sənətkarların, şairlərin yurdudur. Əhməd Ağaoğlu kimi təkcə Azərbaycanda deyil, Türkiyədə də məşhur olan dahilərin məkanı olan Şuşa ayağa qalxır. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi və ötən günlərdə Şuşada keçirilən “Xarıbülbül” festivalı dünyaya bununla bağlı verilən mesajdır. Vaqif şer festivalının da keçirilməsi üçün hazırlıqlar getməkdədir. Şuşanı gələcək il Türk dünyasının mədəniyyət paytaxtı olaraq görməkdən qürur duyacağıq. Türk dünyasının dörd bir yanından gələcək mədəniyyət və sənət xadimləri bu gözəl şəhərdə görüşəcək”.

Türkiyə lideri: “Ermənilər gələndə işğalçı, gedəndə dağıdıcıdırlar”

“Ermənilər gələndə işğalçı, gedəndə dağıdıcıdırlar. Sadəcə, bu fakt belə Qarabağın kimin torpağı olduğunu göstərir”.

Bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, azərbaycanlılar 30 il əvvəl yurdlarını tərk etmək məcburiyyətində qalanda evlərini yıxmayıb, dağıtmayıblar: “Çünki öz evlərini yıxa bilməzdilər. Azərbaycanlılar indi onların dağıtdıqlarını bərpa edəcəklər. Bərabər yeni bir Qarabağ quracağıq, bərpa edəcəyik. Qarabağ dünyanın ən gözəl bölgələrindən, mədəniyyətinə görə də dünyanın ən gözəl yerlərindən biridir. İnşallah yenə elə olacaq. Türkiyə olaraq bu dönəmdə də Azərbaycanın yanında yer almağa davam edəcəyik”.

Ərdoğan: “Qarabağda münaqişənin davam etməsini istəyənlər həmişə bu münaqişədən qazanan tərəfdə olub”

“Ötən 30 ildə Qarabağda yaşanan gərginlik dönəmində kimlərin bu işdən qazanclı çıxdığı, kimlərin uduzduğu aydın görünür”.

Bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, maddi və mənəvi baxımdan uduzanlar isə sadəcə Qarabağda yaşayan insanlardır: “30 ildir, mənim azərbaycanlı qardaşlarım öz məskənlərindən qaçqın oldular. 30 il sonra bu torpaqlar təkrar öz sahiblərinə qovuşdu. Qarabağda münaqişənin davam etməsinə səy göstərənlər isə həmişə bu münaqişədən qazanan tərəfdə olub. Böyük liderlik göstərərək bu zəfəri və barışı Azərbaycana qazandıran Ali baş Komandan, hörmətli qardaşım İlham Əliyevi bir daha təbrik edirəm”.

Türkiyə lideri milli birlik ruhunu ən yüksəyə daşıyan Azərbaycan xalqını təbrik etdiyini vurğulayıb: “Əlbəttə qəhrəmanca, gözünü qırpmadan mübarizə aparan Azərbaycan əsgərini təbrik edirəm. Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyirəm”.

Türkiyə lideri: “Qarabağ zəfəri savaş deyil, barış zəfəridir”

“Burada saydığım və saya bilmədiyim bütün adlar bizim mədəniyyətimizin sütunları olduğu kimi, dünya mədəniyyətinin də dəyərləridir”.

Bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, qədimdən gələcəyə quracağımız körpü ilə mədəniyyətimizi yenidən yüksəltmək öz əlimizdədir: “Qardaşlığımızı nə qədər möhkəm eləsək, bir-birimizi nə qədər möhkəm tutsaq, bu hədəfə o qədər tez çatacağıq. Qarabağ zəfərinin nəticələri zaman keçdikcə daha yaxşı anlaşılacaq. Çünki bu, savaş deyil, barış zəfəridir”.

Ərdoğan: “Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz”

“Bu zəfərin ardından edilənlərə və ediləcəklərə baxanda hansı işlər görəcəyimiz aydın olur”.

Bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, hər şeydən əvvəl Qarabağa sükut hakim olub: “İnşallah bir sonrakı gəlişimizdə bu torpaqların insanlarının öz evlərinə yerləşməsinin sevincini yaşayacağıq. Bir an öncə evlərinizi tikilir, tikiləcək. Sizin bu evlərə yerləşməyinizi gözləyirik. Hazırda yollar sürətlə tikilir, elektrik stansiyaları açılır, bir tərəfdən nəqliyyat infrastrukturu qurulur”.

Cənab Ərdoğan qeyd edib ki, Zəngəzur dəhlizinin bölgəyə gətirəcəyi faydaların sözlə ifadəsi mümkün deyil: “Bütün bunlar Azərbaycanla birlikdə Ermənistan üçün də yeni bir dönəmin başlanğıcıdır. Zəngəzur dəhlizi ilə çəkiləcək dəmiryolu ilə ermənilər də hərəkət edə, Moskvaya gedə biləcək, bununla özlərini saldıqları blokadadan qurtulacaqlar. Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz”.
 


 

 

.