
İstanbul polisi bu gün səhər saatlarında əməliyyat keçirib, bir sıra məşhur şəxslər saxlanılıb.
“Sabah” qəzeti xəbər verir ki, saxlanılanlar arasında Hadisə, İrem Derci, Kubilay Aka, Kaan Yıldırım, Demet Evqar, Berrak Tüzünataç kimi müğənni və aktyor və aktrisalar da yer alır.
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən “narkotik və ya stimullaşdırıcı maddə istifadə etmə” cinayəti ilə əlaqədar başladılan istintaq çərçivəsində saxlanılanlardan qan nümunələri alınması üçün göstərişlər verilib.
.