
Türkiyə Böyük Millət Məclisinin (parlamentində) konfrans zalında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçiriləcək.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
Məlumata əsasən, anım tədbiri fevralın 24-də Türkiyə Böyük Millət Məclisinin nəzdində Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi tərəfindən Azərbaycan diplomatik missiyasının dəstəyi ilə təşkil olunacaq.
.