Türkiyə Böyük Millət Məclisi (TBMM) Ermənistanın işğalçı siyasəti pisləyən bəyanat yayıb.

Bu barədə TBMM-in rəsmi saytı məlumat verir.

Bəyanatda qeyd olunur ki, TBMM Ermənistan silahlı qüvvələrinin bu iyulun 12-dən başlayaraq Azərbaycana qarşı hərbi təxribatını qətiyyətlə pisləyir.

Bəyanatda qeyd olunur: “Ermənistan səhv bir yoldadır. İllərdir Azərbaycan torpaqlarını, Dağlıq Qarabağı və ətraf bölgələrini işğal altında saxlayan Ermənistan Cənubi Qafqazda sülh və stabilliyə böyük əngəl yaratmaqdadır. Beynəlxalq ictimaiyyəti hüquq və qanuna məhəl qoymayan Ermənistanın bu davranışına lazımi reaksiya göstərməyə dəvət edirik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dəstəyimizi bir daha təkrar edirik.

Ermənistan BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarına əməl etməli və işğal etdiyi Azərbaycan ərazisindən çıxmalıdır”.

.