“İkinci Qarabağ müharibəsində informasiya cəbhəsində də Azərbaycanın yanında olduq”.

Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısında deyib.

“Dezinformasiyaya qarşı birlikdə mübarizə apardıq. Regional həmrəylik indi çox mühümdür. Bu gün beynəlxalq müstəvidə Türkdilli dövlətlərə qarşı informasiya müharibəsi və dezinformasiya bombaları işə salınıb. Dəyişməyən yeganə şey həqiqətdir. Biz hər zaman olduğu kimi yenə həqiqəti müdafiə etməyə davam edəcəyik" , - o bildirib.

.