Türkiyə İraq rəsmilərindən Mosul konsulluğuna hücum edənlərin məsuliyyətə cəlb ediləcəyini gözləyir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, İraq tərəfi diplomatik nümayəndəliklərin təhlükəsizliyi üçün hər cür tədbir görməyə laqeyd yanaşmamalıdır.

“Mosul konsulluğumuza edilən hücumla kimin mülki şəxslərə və mülki hədəflərə hücum etdiyi bir daha aydın oldu. Gec-tez hücumu həyata keçirən terrorçular da digər terrorçular kimi cavab verəcəklər”, - nazirliyin bəyanatında deyilir.

Bundan əlavə, Türkiyənin terrorla mübarizə və sərhəd təhlükəsizliyi məsələlərində İraqla əməkdaşlığa hazır olduğu da vurğulanıb.

.