Türkiyənin Milli Müdafiə Nazirliyi (MN) Laçın rayonunda Azərbaycanla birgə keçirilən təlimlə bağlı məlumat yayıb.

Türkiyə MN verdiyi xəbərə görə, Türkiyə və Azərbaycan hərbçiləri Laçında “Birgə Komando Hərəkatı” təlimini icra edirlər.

Bildirilib ki, ötən gün başlayan təlim sentyabrın 10-da başa çatacaq.

“Ulu və köklü bir ağacın budaqları olan Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət!” anlayışı ilə tək yumruq olmağa davam edir”, - deyə məlumatda qeyd olunub.

.