Türkiyə-Xəzər dənizi yeni marşrutu ilə sınaq reysi həyata keçirilib.

Bu barədə "P&O Maritime Logistics" şirkəti məlumat verir.

Qeyd olunur ki, yeni marşrut Türkiyə ilə Azərbaycan, o cümlədən Mərkəzi Asiya ölkələri arasında müntəzəm dəniz konteyner daşımalarını təmin edəcək.

Mərmərə dənizi - Xəzər dənizi marşrutu Rusiyanın daxili su yolları vasitəsilə Türkiyəni Mərkəzi Asiya ilə birləşdirəcək.

Həmin marşrut İstanbul yaxınlığındakı Yarımca limanından başlayacaq və Qazaxıstanın Aktau, Türkmənistanın Türkmənbaşı limanlarınadək hərəkət edəcək.

Marşrut vasitəsilə əsasən qida məhsulları, sənaye avadanlığı, tikinti materialları, tekstil, məişət texnikası və mərmər daşınacaq.

.