“İnşallah, ən qısa zamanda F-16 məsələsini həll edə bilərik”.
“TRT Haber” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu mövzuda təmaslar davam edir: “Xarici işlər, müdafiə nazirlərimiz də prosesi yaxından izləyirlər”.
Ərdoğan həmçinin ABŞ Prezidenti Cozef Baydenlə görüş barədə danışıb: “Bayden “Taxıl razılığı” ilə bağlı bizə təşəkkür etdi”.

.