“NATO-nun Baş katibi yaxın zamanlarda xarici işlər nazirləri səviyyəsində Türkiyə, İsveç, Finlandiya və NATO arasında bir görüşün təşkil edilməsini təklif edib. Lakin Türkiyə İsveç və Finlandiyadan onlara təqdim olunan sənədlərə cavab verməklərini gözləyir”.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu niderlandlı həmkarı Vopke Hoekstra ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, məhz bundan sonra Türkiyə ilə bu iki ölkə arasında baş tuta biləcək görüşlər nəticəyə yönəlmiş ola bilər.

.