Ukrayna ilə Türkiyə Pilotsuz Uçuş Aparatlarının (PUA) birgə istehsalına dair müqavilə imzalayıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşdən sonra Ukrayna lideri Vladimir Zelenski bildirib.

“Bayraktar PUA-larına dair bu gün imzaladığımız sənəd Ukraynanın müdafiə sistemini daha da gücləndirəcək”, - Zelenski qeyd edib.

.