Türkiyə hərbçiləri Əfqanıstandan çıxarılmağa başlanıb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qarşısına qoyulan vəzifəni uğurla yerinə yetirən Türkiyə hərbçiləri vətənə geri dönməkdədir.

Qeyd edək ki, Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi də qardaş Türkiyənin 600 nəfərlik silahlı qüvvələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə vəzifələrini icra edirdilər. Məlumata görə, Azərbaycan sülhməramlıları da ən qısa zamanda ölkəsinə dönəcək.
 

.