Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında növbəti görüşün yeri bilinib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində bildirib ki, üçüncü görüş də Vyanada keçiriləcək.
XİN başçısı görüşün vaxtını açıqlamayıb.
Qeyd edək ki, xüsusi nümayəndələri birinci görüşü Moskvada, ikinci görüş isə Vyanada keçirilib.
Çavuşoğlu Ermənistanı cəsarətli olmağa çağırıb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşmasından danışıb.
XİN başçısı bildirib ki, bu proseslə bağlı konkret addımlar atılacaq, lakin buna hələ var.
Çavuşoğlu Ermənistanı cəsarətli olmağa çağırıb.
Nazir qeyd edib ki, Türkiyə tərəfi xüsusi nümayəndələrin görüş yeri üçün İrəvanı təklif etsə də, Ermənistan buna razılıq verməyib.
