Azərbaycan-Türkiyə əlaqələri tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında daim möhkəmlənməkdədir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olan bu iki ölkə həmişə bir-birinə doğma olub, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmış, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçmişdir. Hər iki dövlət arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır”. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir. Azərbaycanın uğurlarından danışarkən hər bir zaman xalqımıza və dövlətimizə öz mənəvi və siyasi dəstəyini əsirgəməyən qardaş Türkiyə ilə iqtisadi, siyasi, diplomatik, hərbi əməkdaşlığın önəmini vurğulamaq lazımdır. Ötən ilin 44 gün davam edən və tarixi Zəfər Qələbəsi ilə başa çatan Vətən müharibəsinin ilk günündən Azərbaycanın yanında olması mesajı ilə xalqımıza və dövlətimizə qarşı təzyiq və təhdidlər göstərən ermənipərəst dövlətlərə və beynəlxalq təşkilatlara ös siyasi gücünü nümayiş etdirən Türkiyə Qələbənin qazanılmasında maneçilik törətmək, əngəlliklər yaratmaq istəyən qüvvələrin qarşısını qətiyyətlə aldı.

Bu qardaşlıq həm iqtisadi həm də siyasi sahədə daim inkişaf etmişdir. Buna hər iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələrini nümunə göstərmək olar. BTC və BTƏ neft-qaz layihələrinin ardınca BTQ dəmir yolu xəttinin istifadəyə verilməsi, eyni zamanda, əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin, onun əsas seqmentlərindən olan TANAP-ın, TAP-ın “Star” neft emalı zavodunun işə düşməsi və sair kimi biri-birindən önəmli hadisələr Azərbaycan və Türkiyə dövlətlərinin gücünü bütün dünyaya göstərdi. Reallaşan hər bir layihə region və tərəfdaş ölkələrin həyatına yeni nəfəs gətirir. Türkiyə

rəsmiləri də bu məqamı qeyd edirlər ki, qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu Azərbaycan və Türkiyənin mənzərəsində aydın görünür.

Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu inkişaf hər bir sahədə öz əksini tapır. Zəfər Qələbəsndən sonra bölgədə əldə olunan sülhün qorunmasına nəzarətdə və azad edilmiş torpaqlarda infrastruktur layihələrin həyata keçirilməsində, abadlıq-quruculuq işlərində, tarixi və mədəni obyektlərin bərpasında, yenidənqurma işlərində Türkiyə ilə əməkdaşlığın artırılması qardaş dövlətə olan inamdan irəli gələn minnətdarlıq hissləridir. İlkin mərhələdə işğaldan azad edilmiş ərazilərdə Türkiyə hərbçilərinin qonşu Rusiya hərbçiləri ilə Monitorinq Mərkəzi daxilində birgə fəaliyyəti ədalətsiz, qərəzli münasibətlər və narahatçılıqlar barədə şübhələri yox etdi. Və bölgədə sülhün təminatçısı qismində çıxış edən Türkiyənin dəstəyindən daha geniş imkanlarla istifadə etməyə şərait yaratdı. Torpaqlarının 20 % -i işğal altında olan və mütəmadi olaraq düşmən tərəfindən hərbi təxribatlara məruz qalan Azərbaycanın münaqişəni sülh yolu ilə qan tökülmədən həll etmək istəyini hər zaman ən çox dəstəkləyən ölkənin Türkiyə olduğu faktını vurğulamaq kifayətdir ki, qardaş ölkənin davranışlarının sülhə, sabitliyə yönəldilməsi faktı aydın görünsün. Sevindirici haldır ki, Türkiyənin dəstəyini təkcə ölkə rəhbərindən, müdafiə naziri və xarici işlər naziri tərəfindən deyil, digər vəzifəli şəxslər və ümumilikdə bütün türk xalqının hər bir nümayəndəsindən gördük. Bu isə bütün dünyaya haqq savaşında Azərbaycanın tək olmaması barədə verilən siqnal idi.

İki qardaş ölkə arasında həmçinin siyasi arenada da öz əskini tapır. Bu günlərdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş ölkəyə səfəri də əlaqələrin inkişafında yeni mərhələnin əsası oldu. Azərbaycan dövləti işğalda olan torpaqlarını azad etdikdən sonra artıq daha güclü addımlarla quruculuq işlərini görür. Məhz həmin bərpa işlərində Azərbaycanın siyasi-iqtisadi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının VII qurultayı da qəbul olunan qərarlar, qarşıya qoyulan vəzifələr, ünvanlanan çağırışlarla tarixə yazıldı. Məhz bu vəzifələr, qərarlar yeni reallıqlara uyğun addımların atılmasını bir zərurət kimi ortaya qoyur. Bu səfərdə bunun bariz nümunəsi oldu. Dostluq və səmimilik şəraitində keçirilən görüşdə YAP-AKP münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf etdirildi. Yeni Azərbaycan

Partiyasının Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyətinin Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş ilə görüşündə YAP ilə AKP arasında əməkdaşlığa dair niyyət protokolu imzalanmışdır. Bu protokolda əməkdaşlıq məsələləri müzakirə olunmuş və bu məsələlərin hər biri münasibətlərin inkişafına böyük töhfə kimi dəyərləndirilməlidir.

Bütün bunlar göstərir ki, Azərbayca Türkiyə qardaşlığı möhkəm təmələ əsaslanaraq, günbəgün möhkəmlənir, inkişaf edir. Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meylləri olmayıb. Azərbaycan-Türkiyə əlaqələrinin, hərbi, müdafiə sənayesi, siyasi, iqtisadi və digər sahələr üzrə dinamik artımda davam etməsi böyük bir coğrafi məkanda iqtisadi yüksəlişə təkan verib. Bütün bu nailiyyətlərin əldə olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın siyasi iradələri, dövlət başçılarımızın qardaşlıq münasibəti tarixi rol oynayır.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon
təşkilatı Aparatının məsləhətçisi Məmləkət Qaraçobanova
.