Türkdilli ölkələrin birgə sərmayə fondunun yaradılması üzrə işlər yekunlaşmaq üzrədir.

Bunu Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda çıxış edərkən Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev deyib.

Onun sözlərinə görə, bu ayın sonunadək bununla bağlı memorandum imzalanacaq.

"Noyabr ayında növbəti sammitdə prezidentlər səviyyəsində bu fondun rəsmi açılışı olacaq. Fondun əsas məqsədi daha çox orta və kiçik sahibkarlığın inkişaf etdirilməsini nəzərdə tutur. Eyni zamanda fond tərəfindən böyük layihələr, infrastruktur layihələri maliyyələşdiriləcək. Fondun əsas prioriteti Qarabağ regionu olacaq və bizim iş adamlarımız bu sərmayə fondundan faydalana biləcəklər",- deyə o qeyd edib.

.