Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə, türk məfkurəsinə malik olmalarıdır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi” panel sessiyada səsləndirib.

O qeyd edib ki, ortaq məqsədlərə çevrilə bilməyən ortaq dəyərlər uzunömürlü ola bilməz.

15 İyun - Qurtuluş Günü və Qurban bayramı münasibətilə təbriklərini çatdıran Əli Əhmədov xalq diplomatiyasının əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası xalq və partiya diplomatiyasından səmərəli şəkildə istifadə edir.

YAP-ın bu diplomatiyasını bundan sonra davam etdirəcəyini vurğulayan Baş nazirin müavini Azərbaycanın müstəqillik tarixindən söhbət açıb, Qurtuluş Gününün xalqımızın və dövlətçiliyimizin tarixində yerini qeyd edib.

.