Türkmənistan Avropaya qaz nəqli imkanlarını nəzərdən keçirir və bununla bağlı danışıqlar aparır.

TASS agentliyi xəbər verir ki, bunu Türkmənistan Prezidentinin neft-qaz üzrə müşaviri Yaxşıgəldi Kakayev Əbu-Dabidə bildirib.

"Biz Avropa istiqamətində ixrac marşrutlarına baxır, Avropa Komissiyası və digər tranzit ölkələr ilə bununla bağlı aktiv şəkildə danışıqlar aparırıq. Yəni biz yerimizdə dayanmırıq”, - o əlavə edib.
.