Türkiyənin Muğla şəhərinin Milas qəsəbəsində naməlum şəxslər Atatürkün büstünə hücum edib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin şəxslər büstün üz hissəsini torpaqla örtüblər.
Büstü təmizləyən polislər hadisə ilə bağlı araşdırmalar aparıldığını deyib.
Şırnakın Silopi qəsəbəsində isə uşaqlardan ibarət 10-15 nəfərlik dəstə Atatürkün məktəbin həyətindəki büstünü söküb.
Ordunun Baş Qərargah rəisinin rəsmi internet səhifəsində büstün sökülməsi ilə bağlı araşdırma başlandığı bildirilib.
.