Türkiyəyənin yük təyyarəsi qəzaya uğradı - 35 ölü, 8 yaralı (Yenilənib 2 + Fotolar)

4,861 oxunub
Təyyarə qəzası nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarənin düşdüyü ərazidə 15 birmərtəbəli yaşayış evi dağılıb.

***

09:28

Honkonq-Bişkek uçuşu zamanı təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 32 nəfər çatıb. AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyindən məlumat verilib. Qəza nəticəsində 8 nəfər ağır yaralanıb. Onlardan 6-sı azyaşlılardır.

***

09:02

"Turkish Airlines” şirkətinə məxsus yük təyyarəsi Bişkekdə qəzaya uğrayıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu gün səhər saatlarında baş verən qəza nəticəsində 30-dan çox insan ölüb.

Qırğızıstan Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölənlərin sayının artacağı istisna edilmir.

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını cəlb edilib. Bölgədə xilasetmə əməliyyatları aparılır.


.
Təqvim