Avstriya Baş naziri Kristian Kern də Türkiyədəki seçkilərlə bağlı kampaniyalara qarşı çıxıb.

KİV-lər xəbər verir ki, Kern türkiyəli nazirlərin referendum üçün Avstriyada seçki kampaniyası aparmaq istədikləri halda buna mane olmaq üçün səy göstərəcəyini açıqlayıb.

Jurnalistlərin suallarını cavablayan Kern bunun səbəbini təhlükəsizliklə əlaqələndirib:

"Dövlət təhlükəsizliyi ilə əlaqədar belə bir təşəbbüsə mane olmağa çalışıram”.

.