
İyulun 20-də Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda partlayış törədən kamikadzelərdən birinin şəxsiyyəti müəyyənləşib.
APA-nın "Radikal” qəzetinə istinadən verdiyi xəbərə görə, Suruçda 32 nəfərin ölümünə səbəb olmuş terror törədənlərdən birinin Türkiyənin Adıyaman vilayətində qeydiyyatda olan 20 yaşlı Şeyx Əbdurrəhman Alagöz olduğu DNT testi ilə sübuta yetirilib. O, universitet tələbəsi imiş.
Partlayış törədən digər şəxs isə qadındır. Hələlik onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.
.